2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib.
Bu barədə Finss.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1097,3 manat, 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artıb.
Əməkhaqqı sektorlara görə:
- Neft-qaz sektoru: 3 918,7 manat
- Qeyri neft-qaz sektoru: 1 044,9 manat
Müəssisə növünə görə:
- Dövlət müəssisələri: 1 061,8 manat
- Özəl müəssisələr: 1 133,0 manat
Fuad Mədətov
Finss.az